Bu gün nədənsə səni istədim... Sənə toxunmaq, mənə sarılmağını istədim. Amma bilirəmki, mümkün deyil... Hərdən baxdığımız pəncərəni açıq qoyaraq,Yağan yağışın damcılarının üzümüzə vurmasını istədim... Guya üşüyürmüş kimi, məni bərk-bərk qucaqlamağını istədim... Nəfəsini nəfəsimə çəkmək istədim... Bu qədər istəyərkən, niyə yanımda deyilsən? Kim girdiki aramıza? Kimin gözü dəydi sevgimizə? Kim bizə paxıllıq etdi? Kim??? Sus... Həmişədə ürəyində danışacaqsan... Elə beləcə yanıb-alışacaqsan. Olmayacaq mənli günlər.. Olmayacaq mənim kimi dəli qiz Olmayacaq səni güldürən, Olmayacaq hərdən səni hirsləndirən, Olmayacaq hərdən səni ağladan..... Olmayacaq... Ama nədənsə çox istədim bu gün səni... İndicə bir mahnıya qulaq asdım... Sənə haram əllər dəymiş... Bu mahnıdan sonra belə, sənə nə yazacağımı bilmirəm... Sənə saf bir məhəbbət verdim Amma alcağım həmişə göz yaşı oldu... Həmişə söz-söhbətlər oldu Niyə demirsən günah səndədi? Niyə boynuna almırsan bunları? Niyə özünə öyrəşdirib çəkildin kənara?.... Niyə?!.... Nə qədər suallarım var sənə bir bilsən... Amma heç bir sual verməyəcəm sənə, Çünki artıq gecdi... Sadəcə bu gün səni xatırlamaq keçdi içimdən... Səni qucaqlamaq, mənə sarılmağını Və... Nəfəsini-nəfəsimə çəkmək keçdi... Buda xəyalım... Buda mən... Buda mənim ürəyim... Bu isə sənin mənə etdiklərin... Hər şeyə görə çox sağol deyirəm. Və bu gün rəssam olmaq istədim... Amma nə gözlərini, nə üzünü, nədə boy-büsatını çəkmək istədim... Yalnız səsini istədim... Yalnız səni istədim... Özünü... Mənə məxsus olanı istədim..